Bakalavriat səviyyəsində tədris zamanı tələbələr tibbi-statistik məlumatların toplanması, sistemləşdirilməsi və təhlili, epidemioloji müşahidə və tədqiqat növləri (deskriptiv, analitik, eksperimental tədqiqatlar), nəticələrin qrafik və cədvəl formasında təqdim edilməsi, eləcə də səhiyyə qərarlarının elmi əsaslandırılması üzrə praktik bacarıqlara yiyələnirlər. Praktiki məşğələlər real epidemioloji materiallar və nümunələr əsasında aparılır.
Tədris prosesində müasir pedaqoji yanaşmalardan, interaktiv dərslərdən, situasion tapşırıqlardan və praktik nümunələrdən istifadə olunur. Bu yanaşma tələbələrin analitik düşünmə, problem həll etmə və müstəqil qərarvermə bacarıqlarının formalaşmasına xidmət edir.
Bakalavriat proqramının yekununda məzunlar epidemioloji vəziyyətin qiymətləndirilməsi, xəstəliklərin profilaktikası və nəzarəti, tibbi-statistik məlumatların əsaslandırılmış təhlili sahəsində baza bilik və bacarıqlara malik olur, həmçinin magistratura səviyyəsində təhsili davam etdirmək üçün zəruri nəzəri və praktik hazırlıq əldə edirlər.
Epidemiologiya və biostatistika (MPF)
Parazitologiya (MPF)
Biostatistika və epidemiologiya (Stomatologiya)
Biostatistika (Əczaçılıq)
Biostatistika (İctimai Səhiyyə)
Epidemiologiyanın əsasları (İctimai Səhiyyə)
Xroniki xəstəliklərin və əlilliklərin epidemiologiyası və profilaktikası (İctimai Səhiyyə)
Yoluxucu xəstəliklərin epidemiologiyası (İctimai Səhiyyə)
Fizioterapiyada biostatistika və elmi tədqiqat (İctimai Səhiyyə)
Biostatistika və epidemiologiya (İctimai Səhiyyə - Tibb bacısı işi)
GEM-də təcrübə (İctimai Səhiyyə)